SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan elektrik enerjisi ixracını 3%-dən çox artırıb

Azərbaycan elektrik enerjisi ixracını 3%-dən çox artırıb
23-01-2020, 11:51

2019-cu il ərzində Azərbaycandan elektrik enerjisinin ixracı 1 490,9 mln. kVtst olmaqla, 2018-ci illə (1 445,2 mln. kVtst) müqayisədə 45,7 mln. kVtstolub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2019-cu ildə görülmüş işlərə dair hesabatda deyilir.

Bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 3,2% çoxdur.

Hesabata əsasən, ötən il elektrik enerjisinin idxalı isə 136,9 mln.kVtst olmaqla, 2018-ci illə (131,2 mln. kVtst) müqayisədə 5,7 mln. kVtst və ya 4,3 % artıb.

Belə ki, ixrac olunan 1 490,9 mln. kVtst elektrik enerjisinin 34,2 mln. kVtst İranın, 98,3 mln. kVtst Türkiyənin, 218,6 mln. kVtst Rusiyanın, 1 139,8 mln. kVtst Gürcüstanın payına düşür.

İdxal olunan 136,9 mln. kVtst elektrik enerjisinin 34,0 mln. kVtst İranın, 90,8 mln. kVtst Rusiyanın, 12,1 mln. kVtst Gürcüstanın payına düşüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930