SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Şahdəniz” yatağından kondensat hasilatı 39% artıb

“Şahdəniz” yatağından kondensat hasilatı 39% artıb
23-01-2020, 11:11

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il yanvarın 1-dək təqribən 528,4 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.

Məlumata görə, bu həcmin 500,4 mln. tonu AÇG-nin, 28 mln. tonu isə “Şahdəniz”in (kondensat) payına düşür.

Qeyd edilib ki, 2019-cu ildə neft (kondensat) hasilatı təqribən 37 453,7 min ton olub ki, bu da 2018-ci ilin hasilat göstəricisindən (38 814,3 min ton) 1 360,6 min ton, yəni 3,5% azdır.

Ötən il SOCAR üzrə neft hasilatının həcmi 7 683,2 min ton olub ki, bu da 2018-ci ildən 140,9 min ton və yaxud 1,9% çoxdur.

AÇG bloku üzrə 2019-cu ildə neft hasilatının həcmi 26,237 mln. ton təşkil edib. Bu isə 2018-ci ilin göstəricisindən 2 498,7 min ton və yaxud 8,7% azdır. Hesabat dövründə “Şahdəniz” üzrə kondensat hasilatının həcmi isə 997,2 min ton və yaxud 39,3% artaraq 3 533,5 min ton təşkil edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829