SON DƏQİQƏ

naxcivanxeberleri.com

“NBC Bank”ın mənfəəti 17% artıb

“NBC Bank”ın mənfəəti 17% artıb
23-01-2020, 13:30

“NBC Bank” ASC 2019-cu ili 1,35 milyon manat mənfəətlə başa vurub.

NAXCİVANXEBERLERİ.COM Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 17,4% çoxdur.

Ötən il “NBC Bank”ın gəlirləri 23,998 milyon manat (illik müqayisədə 14,5% çox), xərcləri 24,413 milyon manat (30,7% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,764 milyon manat (Əvvəlki il ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “NBC Bank”ın aktivləri 323,527 milyon manat olub ki, bu da illik müqayisədə 14,2% çoxdur. Bunun 246,917 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 20,8% böyüyüb.

Hesabat dövründə “NBC Bank”ın öhdəlikləri 17,1% artaraq 263,73 milyon manata, o cümlədən depozit portfeli 34,1% artaraq 142,766 milyon manata, balans kapitalı isə 2,9% artaraq 59,797 milyon manata çatıb.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 milyon manatdır. Bankın səhmlərinin 65,91%-i Bankın daxil olduğu "Nurgun Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, daha 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829