SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ötən il 4 min 38 hektarda çəltik əkilib

Ötən il 4 min 38 hektarda çəltik əkilib
14-01-2020, 18:57

Ağdaş rayonunda “Respublikada çəltik istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Ağdaş, Ucar, Zərdab, Ağsu, Yevlax, Göyçay və Samux rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəssisləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib ki, Azərbaycanda ənənəvi sahələrdən olan çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Qeyd olunub ki, Dövlət Proqramının icrası istiqamətində görülmüş tədbirlər nəticəsində 2019-cu ildə 4 min 38 hektarda çəltik əkilib, istehsal 12 min 152 ton, orta məhsuldarlıq isə 30,1 sentner olub: “Hazırda Azərbaycanda çəltik əkinçiliyi, əsasən Lənkəran və Aran iqtisadi rayonlarında aparılıb. Dövlət Proqramında qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi üçün əkin sahələrinin genişləndirilməsi, yeni məhsuldar çəltik sortlarının yaradılması və toxumçuluğunun təşkili, innovativ becərmə texnologiyalarının tətbiqi qarşıda duran vəzifələrdəndir”.

Müşavirədə bu il çəltik əkinlərin genişləndirilməsi məqsədilə aparılacaq aqrotexniki tədbirlərin yerinə yetirilməsi üçün əkin sahələrinin seçilməsi, toxum tələbatının müəyyənləşdirilməsi, çəltiyin becərilməsində istifadə olunan texnika, mineral gübrələr və pestisidlərə olan təminatın vəziyyəti və digər məsələlər müvafiq rayonların DAİM rəhbərlərinin, Aqrar Xidmətlər Agentliyinin, ”Aqrolizinq” ASC-nin mütəxəssislərinin, eləcə də çəltik istehsalçılarının iştirakı ilə müzakirə edilib.

Tədbirin sonunda Ağdaş rayonunda çəltik istehsalçısının emal sexinə baxış keçirilib, müvafiq müzakirələr aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031