SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çin-Avropa marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 5% artıb

Çin-Avropa marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 5% artıb
13-01-2020, 12:14

Ötən ildə Çin-Avropa-Çin marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 2018-ci illə müqayisədə 5% artıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Qazaxıstan mediası "Qazaxıstan Dəmir Yolları – Yük daşımaları” şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, 2019-cu ildə Çin-Avropa-Çin marşrutu üzrə Azərbaycandan keçən konteyner qatarlarının sayı 3071 ədəd təşkil edib.

Bildirək ki, 2018-ci ildə bu göstərici 2925 ədəd olmuşdu.

O da vurğulanıb ki, 2019-cu ildə qatarların hərəkət sürəti 15% artıb və 1034 km/günə çatıb.

Xatırladaq ki, Çindən Avropaya konteyner qatarları Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiya ərazisindən keçməklə Praqaya (Çexiya) qədər 11,5 min km məsafədə uzanır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930