SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın turizm potensialı Hindistanda təbliğ olunur

Azərbaycanın turizm potensialı Hindistanda təbliğ olunur
9-01-2020, 11:21

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 14 yerli turizm şirkəti yanvarın 8-dən Hindistanın Nyu-Dehli şəhərində keçirilən və bu gün başa çatacaq “SATTE 2020” sərgisində iştirak edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Beynəlxalq sərgidə Azərbaycanın turizm imkanları 144 kvadratmetr sahəni əhatə edən stendlə təbliğ olunur.

Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkətlərlə digər xarici turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.

Sayca 27-ci dəfə təşkil olunan “SATTE 2020” sərgisində dünyanın 50-dən çox ölkəsindən, eyni zamanda Hindistanın 105 şəhərindən 1 000-dən çox iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 66,8% artım deməkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930