SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda qaz hasilatı xeyli artıb

Azərbaycanda qaz hasilatı xeyli artıb
4-01-2020, 22:25

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 34,3 milyon ton neft və qaz kondensatı hasil edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz azdır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, eyni dövrdə hasil edilən qazın həcmi, 22,1 milyard kubmetr əmtəə qazı da daxil olmaqla, təqribən 32,1 milyard kubmetr təşkil edib. İl ərzində bu göstəricilər müvafiq olaraq 16 faiz və 27,1 faiz artıb.

1 dekabr 2019-cu il tarixinə hazır məhsulun (neftin) ehtiyatı 203 min ton təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 38,76 milyon ton neft və qaz kondensatı istehsal edilib ki, bu da təxminən 2017-ci ildəki göstəriciyə bərabərdir. Azərbaycanda neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun payına düşür.

2018-ci ildə Azərbaycanda qaz hasilatı 30,59 milyard kubmetr (7,1 faiz artım), əmtəə qazın hasilatı isə 19.2 milyard kubmetr (5,8 faiz artım) təşkil edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930