SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?

Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?
25-01-2019, 20:35

Azərbaycan ən çox Gürcüstana elektrik enerjisi ixrac edir.

Naxcivanxeberleri.com xəbər verir ki,bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərenerji" ASC-dən deyiblər.

Bildirilib ki, 2018-ci ildə enerji sisteminin ötürücü şəbəkə sisteminə idxal olan elektrik enerjisinin ümumi həcmi 99,2 mln. kVts təşkil edib.

İxrac olunan elektrik enerjisinin ümumi həcmi isə 1 413,2 mln. kVts təşkil edib. O cümlədən Rusiyaya 121,4, Gürcüstana 1 230,1, Türkiyəyə 13,4, İrana 48,3 mln. kVts elektrik enerjisi ixrac olunub.

Qeyd olunub ki, enerji sistemi üzrə idxal-ixracın saldosu 1 314 mln. kVts təşkil edib. 2019-cu ildə ixracın 1500 mln kvts ixrac edilməsi planlaşdırılır.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031