SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda arı ailələrinin sayı 100 minə çatır

Naxçıvanda arı ailələrinin sayı 100 minə çatır
21-12-2019, 19:32

“Kənd təsərrüfatının inkişafında arıçılıq da mühüm əhəmiyyətə malikdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası cari ildə də davam etdirilib. Ötən dövr ərzində arıçılıqla məşğul olanlara 601 min manat kredit verilib”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu rəqəmlər beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında diqqətə çatdırılıb. Muxtar respublikada “Arıçılıq məhsulları-bal” festivalının ardıcıl olaraq keçirilməsi bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib. Artıq ikinci ildir ki, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırıb, 2019-cu ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 99 min 798-ə çatdırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31