SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Azəriqaz” ilin şirkəti seçilib

“Azəriqaz” ilin şirkəti seçilib
19-12-2019, 13:39

“Caspian European Club”da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Caspian Business Award - 2019” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Birlik “Müasir istehsalat metodlarının tətbiqinə görə "İlin şirkəti” mükafatına layiq görülüb və mükafat “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyevə təqdim olunub.

Göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirən R.Əliyev qeyd edib ki, “Azəriqaz” İB bundan sonra da sahibkarların dostu kimi münasibətlərin daha da möhkəmləndirilməsinə çalışacaq.

Qeyd edək ki, “Biznes-hökumət dialoqunun inkişafına verdiyi töhvəyə görə” Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov da mükafat alıb. Mükafat alanlar sırasında Azərbaycanın digər tanınmış şirkətləri də var.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031