SON DƏQQƏ

naxcivanxeberleri.com

İsveçrə Azərbaycanla maliyyə məlumatlarını mübadilə edəcək

İsveçrə Azərbaycanla maliyyə məlumatlarını mübadilə edəcək
15-12-2019, 11:20

İsveçrə Azərbaycanla maliyyə məlumatlarının mübadiləsini aparacaq.

NAXCİVANXEBERLERİ.COM-un verdiyi məlumatına görə, bu həftə İsveçrə parlamentinin Kantonlar Şurası bank və vergi məlumatlarının avtomatik mübadiləsinin həyata keçiriləcəyi dövlətlərin siyahısını genişləndirib.

Qeyd olunur ki, İsveçrə həmin ölkələrə vətəndaşların, eləcə də bu ölkədə yaşayan fiskal rezidentlərin bank hesabları və digər maliyyə məlumatlarını təqdim edəcək. Öz növbəsində İsveçrə öz vətəndaşlarının həmin ölkələrdəki bank rekvizitləri barədə məlumatları əldə edəcək.

Məlumat mübadiləsi aparılacaq yeni ölkələrin siyahısına Azərbaycanla yanaşı Albaniya, Bruney, Dominika, Qana, Qazaxıstan, Livan, Makao, Maldiv adaları, Nigeriya, Niue, Oman, Pakistan, Peru, Samoa, Sen-Marten, Trinidad və Tobaqo və Vanuatu daxil edilib.

Hazırda İsveçrə 75 ölkədə maliyyə məlumatları əldə edir, 63 ölkə ilə bu məlumatları paylaşır.

Hökumətin hesabatına əsasən, İsveçrə mənbə ölkələrinə 3,1 milyon bank hesabı barədə məlumat ötürüb, öz növbəsində 75 tərəfdaş ölkədən isə 2,4 milyon bank hesabı barədə məlumat alıb.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930