SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda hüquqi şəxslərin əmanətləri 14,5 milyard manatı keçib

Azərbaycanda hüquqi şəxslərin əmanətləri 14,5 milyard manatı keçib
10-12-2019, 13:11

2019-cu ilin oktyabr ayında Azərbaycanda əmanətlərin ümumi həcmi 23,413 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir ki, qeyri-maliyyə təşkilatlarının əmanətlərinin həcmi 2018-ci ilin oktyabr ayı ilə müqayisədə (11,8 milyard manat) 4 faiz artaraq 12,898 milyard manat təşkil edib. Bu ilin sentyabr ayında hüquqi şəxslərin əmanətlərinin ümumi həcmi 14,602 milyard manata çatıb.

Fiziki şəxslərin əmanətləri isə beş faiz artaraq 8,81 milyard manat təşkil edib.

2019-cu ilin oktyabr ayının nəticələrinə görə, xarici valyutadakı əmanətlər ötən ilin müvafiq dövrü ilə nisbətən 1,3 faiz artaraq 14,84 milyard manat təşkil edib.

Milli valyutadakı əmanətlərin ciddi şəkildə artması müşahidə olunur ki, bu da ötən ilin oktyabr ayına nisbətən 16,6 faiz artaraq 8,576 milyard manata çatıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930