SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda əhalinin yüksəkkeyfiyyətli yerli heyvandarlıq məhsulları ilə təminatı diqqət mərkəzindədir

Naxçıvanda əhalinin yüksəkkeyfiyyətli yerli heyvandarlıq məhsulları ilə təminatı diqqət mərkəzindədir
4-12-2019, 09:30

Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu sahədə əhəmiyyətli yer tutan heyvandarlığın inkişaf etdirilməsi, əhalinin müxtəlif çeşidlərdə heyvandarlıq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində birsıra işlər görülür.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Dövlət dəstəyi nəticəsində bu ilin ötən dövrü ərzində muxtar respublikada 9 heyvandarlıq təsərrüfatı yaradılıb, 2-si isə genişləndirilib, belə 10 təsərrüfatın yaradılması, 4-nün isə genişləndirilməsi işləri davam etdirilməkdədir. Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək genetik potensialı olan heyvanların baş sayının artırılması, bu sahəyə olan marağın gücləndirilməsi üçün “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dair dövlət dəstəyi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər baş buzova yüz manat həcmində subsidiyanın müəyyən edilməsi bu sahənin dinamik inkişafına təkan verən amillərdəndir. Cari ilin yanvar-sentyabr aylarında heyvandarlıq təsərrüfatlarında 9654 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövr ərzində mayalandırılmış inək, düyə və camışlardan 6764 baş sağlam bala alınıb. 2019-cu ilin bəhs olunan dövründə muxtar respublikada diri çəkidə 19105,5 ton ət, 72451,4 ton süd istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 və 1,8 faiz çoxdur. Heyvandarlığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması, keyfiyyətinin yaxşılaşdırılmasında mühüm məsələlərdən biri də yem bazasının yaradılması və mal-qaranın qüvvəli yemlə təmin edilməsidir. Muxtar respublikada mal-qaranın qarışıq yemlərə böyük ehtiyacının olması nəzərə alınaraq 23 avqust 2012-ci ildə Naxçıvan şəhərində illik gücü 70 min tondan artıq olan balanslaşdırılmış qarışıq yem istehsal edən müəssisə istifadəyə verilib. Həmin müəssisədə ətlik, südlük, yumurtalıq istiqamətləri üçün qarışıq yem hazırlanır. Bu da heyvandarlığın və quşçuluğun illik qarışıq yemə olan tələbatını tam ödəyir. Malqaranın qaba və şirəli yemlərə olan tələbatının tam ödənilməsi məqsədilə yonca, silosluq qarğıdalı, silosluq günəbaxan kimi qiymətli yem bitkilərinin əkin sahələrinə aqrotexniki qaydalara uyğun qulluq edilməklə məhsuldarlıq artırılır. Muxtar respublikada ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması məqsədilə Dövlət Baytarlıq Xidməti tərəfindən mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılır. Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində aqrar sahənin inkişafında uğurlu nəticələrə nail olunub, xüsusilə heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, müasir təsərrüfatçılıq modellərinin yaradılması istiqamətində mühüm işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması haqqında” Sərəncamı bu sahənin inkişaf etdirilməsinə təkan verəcək. “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 noyabr tarixli sərəncamına əsasən mərkəzə 4 milyon 800 min manat vəsait ayrılmışdır. Bu da Süni Mayalanma Mərkəzinə müasirstandartlara cavab verəcək texnoloji avadanlıqların alınıb gətirilməsinə, heyvandarlığın inkişafında yeni mərhələyə qədəm qoymasına imkan verəcək. Hazırda 23 süni mayalanma məntəqəsinin fəaliyyət göstərdiyi muxtar respublikada yeni yaradılacaq mərkəz bu sahədə işləri daha da təkmilləşdirəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930