SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda noyabrda dövlət xətti ilə 564 ipoteka krediti verilib

Azərbaycanda noyabrda dövlət xətti ilə 564 ipoteka krediti verilib
2-12-2019, 17:00

Bu il dekabrın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 375,755 milyon manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 31,069 milyon manat və yaxud 2,3% çoxdur.

Ümumi məbləğin 158,527 milyon manatı 2019-cu ildə formalaşıb.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 564 vahid artaraq 27 113-dən 27 677-yə çatıb. Bunun isə 2 448-i bu ilin payına düşüb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ noyabrda 5,75 milyon manat artaraq 46,859 milyon manatdan 52,609 milyon manata çatıb. Bunun 35,08 milyon manatı 2019-cu ildə verilib.

Hazırda Fondun dövriyyədə 723,878 milyon manatlıq istiqrazı var.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31