SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada 61935 hektar sahədə əkin aparılıb

Muxtar respublikada 61935 hektar sahədə əkin aparılıb
22-01-2019, 16:33

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

NAXCİVANXEBERLERİ.COM Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin hazırladığı hesabata istinad edərək xəbər verir ki, 2018-ci ilin məhsulu üçün muxtar respublikada 61935 hektar sahədə əkin aparılmışdır ki, bu da 2017-ci ilin məhsulu üçün əkilmiş sahədən 404 hektar çoxdur.Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2018-ci ilin məhsulu üçün 32483 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30925 hektarı payızlıq, 1558 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 22632 hektarında buğda, 9851 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 851 hektar artmışdır. 2018-ci ildə taxıl zəmilərindən 97 min 689 ton məhsul tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 4270 ton çoxdur. Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2018-ci ildə 3215 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2017-ci ildə əkilmiş sahədən 32 hektar çoxdur. 2018-ci ildə sahələrdən 49574 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 1,2 faiz üstələyir. 2018-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 41,5 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 32,5 hektar çoxdur. 2018-ci ildə 41,5 hektar sahədən 51,5 ton qurudulmuş tütün tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,6 dəfə çoxdur. 2018-ci ildə 104 min 413 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 10523,5 ton dən üçün qarğıdalı, 760,6 ton dən üçün günəbaxan, 85642 ton tərəvəz, 38714 ton ərzaq üçün bostan məhsulları, 55949 ton meyvə, 16222,5 ton üzüm tədarük edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə 2018-ci ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində “Göycə” festivalı keçirilmişdir. 2018-ci ildə meyvə tədarükü bir il öncəyə nisbətən 5,4 faiz, tərəvəz tədarükü isə 1,1 faiz artmışdır. Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Şərur rayonunda 1 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatının fəaliyyəti genişləndirilmişdir. Şərur rayonunun Yuxarı Aralıq və Babək rayonunun Nehrəm kəndlərinin hər birində bir soyuducu anbarın yaradılması, Şərur rayonunda Cəlilkənddə və Sərxanlı kəndində hər birində bir soyuducu anbarın genişləndirilməsi davam etdirilmişdir. Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilir. Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 321-i 2018-ci ildə olmaqla, cəmi 2375 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2018-ci ildə 238 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 48-i nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 5156 ton mineral gübrə ilə təmin olunmuşdur. Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı istiqamətində mal-qara arasında xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilmiş, yeni heyvandarlıq təsərrüfatlarının yaradılması diqqətdə saxlanılmışdır. Belə ki, 2018-ci ildə 17 heyvandarlıq təsərrüfatı yaradılmış, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 1 heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilmişdir. Ümumilikdə, 2018-ci ildə bank və kredit təşkilatları tərəfindən bu sahəyə 4 milyon 950 min 400 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,8 dəfə çoxdur. Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Mayalanma Mərkəzinin yaradılması davam etdirilmişdir. 2018-ci ildə heyvandarlıq təsərrüfatlarında 9964 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki il də daxil olmaqla mayalandırılmış inək, düyə və camışlardan 7006 baş sağlam bala alınmışdır. 1 yanvar 2019-cu il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 113 min 916 baş, qoyun və keçilərin sayı 692 min 530 baş olmuşdur ki, bu da 1 yanvar 2018-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,4 və 1,6 faiz üstələmişdir. 2018-ci ildə muxtar respublikada diri çəkidə 27615,3 ton ət, 83967,1 ton süd istehsal olunmuşdur ki, bu da 2017-ci illə müqayisədə 4,9 və 1,3 faiz çoxdur. Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq və 1 balıqçılıq təsərrüfatı yaradılmışdır. Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2018-ci ildə bu sahədə müvafiq tədbirlər görülmüş, təsərrüfat subyektlərinə 336 min 600 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 6,7 dəfə çoxdur. 2016-cı ildən etibarən muxtar respublikada “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi də bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir. 2018-ci ildən arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi də bu sahənin inkişafına stimul yaradacaqdır. 2018-ci ildə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektləri, ümumilikdə, 5 milyon 818 min 300 manat güzəştli kreditlərlə təmin olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,6 dəfə çoxdur. İqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafında ailə təsərrüfatlarının mühüm rolu vardır. 2018-ci ildə də muxtar respublikada bu sahənin inkişafı diqqətdə saxlanılmış, “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir. Həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərmiş, 2018-ci ildə bir il öncəyə nisbətən 4,4 faiz çox, yəni 480 milyon 21 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatı məhsulu, min manat Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2018-ci ildə muxtar respublikadan 101 milyon 781 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur. 2018-ci ildə meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi istiqamətində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar sahəni əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmış, Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir. Bu dövrdə 1 subartezian quyusunun tikintisi, 2 subartezian quyusunun bərpası, 13 kəhrizin təmiri başa çatdırılmış, 4 kəhrizin təmiri davam etdirilmişdir. Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülmüş, 537,3 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 414 minə yaxın ağac və gül kolu əkilmişdir. Muxtar respublikada ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda kompleks monitorinq laboratoriyasının yaradılması davam etdirilmişdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930