SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyanın ən bahalı brendi məlum olub

Dünyanın ən bahalı brendi məlum olub
22-01-2019, 15:04

“Brand Finance” məsləhətçi şirkətinin dünyanın ən bahalı brendlərinin illik reytinqində ikinci dəfədir ilk yeri “Amazon” şirkəti tutub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu dəfə şirkətin brandı 187,9 milyard ABŞ dolları məbləğində qiymətləndirilib, yəni əvvəlki ilə nisbətən “Amazon” 25 faiz bahalaşıb.

İkinci yerdə qərarlaşan “Apple” şirkətinin brendi il ərzində 5 faiz bahalaşaraq 153,6 milyard dollar, üçüncü yerdəki “Google” brendi 18 faiz bahalaşaraq 142,7 milyard dollar, dördüncü yerdəki “Microsoft” 47 faiz (!) bahalaşaraq 119,5 milyard dollar, beşinci yerdəki “Samsung” isə 1 faiz ucuzlaşaraq 91,2 milyard dollar məbləğində qiymətləndirilib.

Həmçinin ən uğurlu brend menecer qismində “Amazon” şirkətinin təsisçisi Ceff Bezos tanınıb. Bununla yanaşı, Bezosun boşanmasının həm özünün, həm də şirkətin brendinə mənfi təsir edə biləcəyi də qeyd olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031