SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada milyarderlərin sayı son on ildə 2 dəfə artıb

Dünyada milyarderlərin sayı son on ildə 2 dəfə artıb
21-01-2019, 13:21

Dünyadakı milyarderlər ötən il ərzində əhalinin daha yoxsul təbəqəsinin hesabına sərvətlərini əhəmiyyətli dərəcədə artırıblar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu, "Oxfam" yoxsulluqla mübarizə üzrə təşkilatların beynəlxalq birliyinin hesabatında yer alıb.

Hesabata əsasən, 2018-ci ildə milyarderlərin aktivləri toplamda 12 faiz - gündə orta hesabla 2,2 milyard avro artıb. Dünya əhalisinin yoxsul təbəqəsi isə 11 faiz itkiyə məruz qalıb.

Hesabatda deyilir ki, son 10 ildə dünyada milyarderlərin sayı iki dəfə artıb. Eyni zamanda daha az insan yoxsulluqdan xilas olur.

Qeyd edək ki, gündəlik 1,7 avrodan az gəlir əldə edənlər yoxsulluqda yaşayan şəxslər sayılır. Sənəddə həssas təbəqəyə qadınlar və qızlar daha çox aid edilir. Dünyada orta hesabla kişilərin aktivlərinin ümumi həcmi qadınlarla müqayisədə 50 faiz çoxdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930