SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycana avtomobil idxalı kəskin artıb

Azərbaycana avtomobil idxalı kəskin artıb
15-11-2019, 21:53

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35 457 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 83,4% çoxdur.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 31 934 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 84,1% artıb.

Bundan başqa, yanvar-oktyabrda ölkəyə 2 934 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 70,4% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 441 ədəd (artım təxminən 2,5 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 148 ədəd (artım 64,4%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930