SON DƏQİQƏ

naxcivanxeberleri.com

OPEC: Azərbaycanda gündəlik neft hasilatı artacaq

OPEC: Azərbaycanda gündəlik neft hasilatı artacaq
14-11-2019, 18:37

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) gələn il Azərbaycanda sutkalıq neft hasilatının bu illə müqayisədə orta hesabla 10 min barrel çox - 790 min barel təşkil edəcəyini proqnozlaşdırır.

NAXCİVANXEBERLERİ.COM bu barədə qurumun noyabr hesabatına istinadən xəbər verir.

Sənəddə deyilir ki, bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft və qaz kondensatı hasilatı ötən ilin müvafiq dövrünə nisbətən dəyişməyərək 780 min barel olub. Bu ilin III rübündə isə hasilat göstəricisi illik müqayisədə 10 barel azalaraq 790 min barelə düşüb.

2019-cu ilin yekununda Azərbaycanda gündəlik neft ixracının 2018-ci illə müqayisədə 10 min barel azalaraq 790 min barel təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, 2016-cı ilin 10 dekabr tarixində imzalanmış sazişə görə, Azərbaycan neft hasilatını gündəlik 35 min barel azaltmaq barədə öhdəlik götürüb. 7 dekabr 2018-ci il tarixində OPEC+ ölkələrinin V nazirlər müşavirəsində həmin ilin oktyabr ayına nisbətən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq haqqında razılıq əldə olunub. Bu razılığın müddəti bu ilin iyul ayında 2020-ci ilin I rübünün sonuna qədər uzadılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031