SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada pensiya və müavinətlərin maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Muxtar respublikada pensiya və müavinətlərin maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb
14-11-2019, 12:11

Naxçıvan Muxtar Respublikasında əhalinin xüsusilə də pensiyaçıların sosial müdafiəsi həmişə diqqət mərkəzində saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Muxtar respublika rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində əməkhaqları, pensiya və müavinətlər hər ay vaxtında ödənilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər görür. Belə ki, görülmüş tədbirlər nəticəsində noyabr ayı üçün bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılmışdır. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər də vaxtından əvvəl ödənilmişdir. Eyni zamanda, əmək pensiyasına çıxmış hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin pensiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq yenidən hesablanaraq artırılmış və onların müvafiq kart hesablarına köçürülmüşdür.
Muxtar respublikada pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi ilə yanaşı, yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi də yüksək səviyyədə təşkil edilmişdir. Bütün bunlar isə pensiyaçılara göstərilən xidmətin səviyyəsinin daha da yüksəlməsinə imkan yaratmışdır. Qeyd etmək lazımdır ki, son zamanlar muxtar respublikada pensiyaların poçt bölmələrindən alınması üçün edilən müraciətlərdə artım müşahidə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bundan sonra da əhalinin aztəminatlı hissəsi olan pensiyaçıların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin icrası ilə bağlı müvafiq işləri davam etdirəcəkdir.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031