SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu ilin əvvəlindən Azərbaycanın bank sektoruna 2 milyard manata yaxın kapital qoyulub

Bu ilin əvvəlindən Azərbaycanın bank sektoruna 2 milyard manata yaxın kapital qoyulub
14-11-2019, 11:37

2019-cu ilin əvvəlindən Azərbaycanın bank sektorunda 1,9 milyard manat kapital inyeksiyası həyata keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib.

“Hazırda ölkədəki 30 bankın 14-də xarici kapital mövcuddur və ineksiya edilən 1,9 milyard manat kapitalın 1 milyard manatı xarici kapitallı bankların payına düşüb. Bunun 800 milyon manatı yeni (“Fresh”) kapitaldır”, - deyə o, qeyd edib.

“2017-ci ilin II yarısından başlayaraq Azərbaycanda bank əmanətlərinin azalması dayanıb və əmanətlər artmağa başlayıb. Həmin vaxtdan bank sektorunda ilkin müsbət trendlərin şahidi olduq. Təbii ki, 2017-2019-cu illərdə aparılmış instusional və hüquqi islahatlar, kapitallaşma problemlərinin aradan qaldırılması bank sektorunun ölkə iqtisadiyyatına verə biləcəyi rol növbəti dövrlərdə bank-biznes münasibətlərini yeni müstəviyə çıxardı”, - deyə İ.Alışov əlavə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031