SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qida Təhlükəsizliyi İnstitutu işə qəbul üçün vakansiya elan edib

Qida Təhlükəsizliyi İnstitutu işə qəbul üçün vakansiya elan edib
14-11-2019, 11:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində həyata keçirilən uzunmüddətli layihə çərçivəsində kadr potensialının gücləndirilməsi üçün epidemioloq, həkim-gigiyenist, standartlaşdırma və sertifikasiya mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, qida məhsulları mühəndisliyi, baytarlıq, aqronomluq və bitki mühafizəsi, eləcə də kimya ixtisasları üzrə mütəxəssislərin işə qəbulu məqsədilə müsahibə elan edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İnstitutdan verilən məlumata görə, müsahibədə magistratura təhsilli, rus və ya ingilis dili bilənlərə üstünlük veriləcək. Üstünlüklərdən biri də əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunacaqlar.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “AQTİ layihəsi - (aidiyyəti ixtisası)” yazaraq [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031