SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Bank of Baku”nun səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

“Bank of Baku”nun səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
8-11-2019, 14:00

“Bank of Baku” ASC-nin səhmdarlarının noyabrın 12-də, saat 15:00-da keçirilməsi nəzərdə tutulan növbədənkənar ümumi yığıncağı noyabrın 22-nə keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,64%-li səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930