SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazirlik: Əməkhaqqı fondunda artım göstəricisi oktyabr ayında 34,2 faizə yüksəlib

Nazirlik: Əməkhaqqı fondunda artım göstəricisi oktyabr ayında 34,2 faizə yüksəlib
8-11-2019, 11:11

2019-cu ilin ötən ayları üzrə bu istiqamətdə mütəmadi olaraq hər ay üzrə artım dinamikası qeydə alınıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, xüsusilə də bu artım aydan-aya daha yüksək faizlə özünü göstərib.

Belə ki, əməkhaqqı fondunda cari ilin yanvar ayında artım göstəricisi 3,7 faiz, fevral ayında bundan iki dəfə çox - 7,4 faiz olub. Mart ayında 10,5 faiz, aprel ayında 14,5 faiz, may ayında 17,6 faiz, iyun ayında 18,8 faiz, iyul ayında 19,8, avqust ayında 21 faiz artım baş verib.

Son aylarda isə bu artım göstəricisi daha da yüksəlib: sentyabr ayında əməkhaqqı fondunda artım 29,6 faiz, oktyabr ayında isə 34,2 faiz olub.



Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930