SON DƏQİQƏ

naxcivanxeberleri.com

Doqquz ayda “Petkim”ə 419 milyon lirə investisiya qoyulub

Doqquz ayda “Petkim”ə 419 milyon lirə investisiya qoyulub
8-11-2019, 13:12

Bu ilin yanvar-sentyabr ayları ərzində Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinə 419 mln. Türkiyə lirəsi məbləğində investisiya qoyulub.

NAXCİVANXEBERLERİ.COM bu barədə “Petkim Holding”in hesabatına əsasən xəbər verir.

Bildirilib ki, bu il həyata keçiriləcək investisiyalar fabriklərin modernizasiyası, texnoloji inkişaf, enerji səmərəliliyi və ətraf mühitlə bağlı sərmayələrdir.

İlin doqquz ayında Ar-Ge mərkəzindəki (araşdırma və inkişaf) layihələrə 9,9 mln. lirə vəsait sərf olunub.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930