SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Petkim”in istehsalı 8%, satışı 21% artıb

“Petkim”in istehsalı 8%, satışı 21% artıb
8-11-2019, 10:51

Bu ilin yanvar-sentyabr ayları ərzində Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksində 2 573,035 min ton məhsul istehsal olunub. Hesabat dövründə satış miqdarı 1 763,766 min ton təşkil edib.

NAXCİVANXEBERLERİ.COM bu barədə “Petkim Holding”in hesabatına əsasən xəbər verir.

Bu ilin doqquz ayında “Petkim”də istehsalın həcmi ötən ilin müvafiq dövründən 8%, satış miqdarı isə 21% artıb.

Hesabat dövründə istehsal gücündən istifadə göstəricisi 96,8% olub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 88,9% təşkil edib.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930