SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Etihad Airways” və “China Southern” Heydər Əliyev Beynəlxalq Aeroportunda ən punktual aviaşirkətlər olub

“Etihad Airways” və “China Southern” Heydər Əliyev Beynəlxalq Aeroportunda ən punktual aviaşirkətlər olub
6-11-2019, 15:45

Azərbaycanın əsas hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, 2019-cu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni – 100% punktuallıq ilə BƏƏ-nin milli aviadaşıyıcısı “Etihad Airways” və Çinin “China Southern” aviaşirkəti göstəriblər.

“Uzbekistan Airways”, “Qatar Airways”, “Aeroflot”, “Air Arabia” и “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) planlaşdırılmış uçuşların ən azı 90%-ni yerinə yetiriblər.

“Lufthansa” (89.6%), “flyNas” (88.9%), “Kuwait Airways” (87.5%) , “Türk Hava Yolları” (86.5%) və “Belavia” (86.4%) həmçinin yüksək nəticələr göstəriblər.

Ümumilikdə isə, 2019-cu ilin oktyabr ayı ərzində uçuşların 77%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930