SON DƏQİQƏ

naxcivanxeberleri.com

Komandamız “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının qalibi oldu-FOTO

Komandamız “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının qalibi oldu-FOTO
6-11-2019, 10:50

31 oktyabr-4 noyabr 2019-cu il tarixlərdə Xaçmaz rayonunda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının final mərhələsi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, çempionatın keçirilməsində məqsəd çağırışçı gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, onlara sağlam həyat tərzinin aşılanması və fiziki kamilliyə yiyəllənməsi olmuşdur.

Yarış Beynəlxalq Poliatlon çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən beş növçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, qumbara atmaq, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçışı üzrə keçirilmişdir. Çempionatda 11 rayon, 5 şəhərdən 16 komanda birincilik uğrunda mübarizə aparmışlar.

Naxçıvan Muxtar Respublikasını bu yarışda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatının qalibi olmuş Babək rayon Payız kənd tam orta məktəbinin komandası təmsil etmişdir. 16 komanda arasında gedən gərgin mübarizə nəticəsində Naxçıvan komandası birinci yerin sahibi olmuşdur. Bundan əlavə komandamızın üzvləri Yaqubov Taleh qumbara atmada, Əşrəfov Sənan isə 2000 metr məsafəyə qaçışda ən yüksək nəticəni göstərərək çempionatda kubok və diplomla mükafatlandırılıb.


Komandamız “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının qalibi oldu-FOTO
Komandamız “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının qalibi oldu-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031