SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib

“Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib
5-11-2019, 11:49

Maliyyə Bazarlarına Nəzarət Palatası “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirib.

NAXCİVANXEBERLERİ.COM bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, seminarda “MasterCard Worldwide” təşkilatının ekspertləri Mithat Perkoz və Murat Durmaz təmsil etdikləri şirkətin rəqəmsal ödənişlər və innovativ texnologiyalar sahəsində rolu, ödəniş kartları, rəqəmsal ödənişlərin üstünlükləri və rəqəmsal ödənişlərdə təhlükəsizlik, həmçinin rəqəmsal dünyada innovativ həllər, yeni təşəbbüslər haqqında təqdimatlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

İnteraktiv formada keçən seminarda müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 25-ə yaxın media nümayəndəsi iştirak edib.

Seminarın sonunda KİV nümayəndələrinə sertifikatlar verilib və xatirə şəkli çəkilib.

Qeyd edək ki, seminar Palata, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə təşkil olunan “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində keçirilib. “Nağdsız Cəmiyyət Günləri”nin məqsədi nağdsız ödənişlər barədə ictimai məlumatlılığın artırılması və insanların nağdsız ödənişlərə marağının genişləndirilməsindən ibarətdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930