SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Bank of Baku”nun mənfəəti kəskin artıb

“Bank of Baku”nun mənfəəti kəskin artıb
1-11-2019, 12:49

“Bank of Baku” ASC bu ilin yanvar-sentyabr aylarını 32,276 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 3,128 milyon manat mənfəətlə çıxmışdı.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 9 ay ərzində “Bank of Baku”nun gəlirləri 38,022 milyon manat (illik müqayisədə 13,4% çox), xərcləri 73,287 milyon manat (28,2% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 75,996 milyon manat (2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 8,454 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il oktyabrın 1-nə “Bank of Baku”nun aktivləri 298,131 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2% azdır. Bunun 194,036 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,4% böyüyüb.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 13,6% azalaraq 226,544 milyon manat, o cümlədən depozit portfeli 3,5% artaraq 162,502 milyon manat, balans kapitalı isə 81,1% artaraq 71,587 milyon manat təşkil edib.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,64%-li səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930