SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezidentin fərmanı ilə bağlı ASAN-da İşçi Qrup yaradılıb

Prezidentin fərmanı ilə bağlı ASAN-da İşçi Qrup yaradılıb
18-01-2019, 16:30

"Prezident İlham Əliyevin bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmana əsasən müvafiq proseslərin daha səmərəli formada tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İşçi Qrup formalaşdırılıb".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki ,bunu Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

O bildirib ki, həmçinin aidiyyatı qurumlarla birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir: "Fərmanın icrasına ən qısa müddətdə başlanılacaq".

Şöbə müdiri qeyd edib ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir".(Repor)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031