SON DƏQİQƏ

naxcivanxeberleri.com

BP-nin kapital qoyuluşu il ərzində 25,6 faiz artıb

BP-nin kapital qoyuluşu il ərzində 25,6 faiz artıb
29-10-2019, 15:45

BP şirkətinin kapital qoyuluşu cari ilin 9 ayı ərzində 15.312 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3 milyard dollar, yaxud 25,6 faiz çoxdur.

NAXCİVANXEBERLERİ.COM şirkətin 9 ayın yekunlarına dair hesabatına əsasən xəbər verir ki, həmin müddət ərzində şirkətin birgə müəssisələrə sərmayələri 80 milyon dollar, yəni ötən ilin müvafiq dövrünə nisbətən 12 milyon dollar az olub, assosiasiya şirkətlərinə yatırımlar isə 748 milyon dollardan 221 milyon dollaradək, yəni 3,4 dəfə azalıb.

Şirkətin məcmu aktivləri sözügedən müddətdə 286.263 milyon dollar, yəni ötən ilin müvafiq dövrünə nisbətən 4 milyard dollar artıq olub, əsas vəsaitlərə, qeyri-maddi və digər aktivlərə çəkilən məsrəflər isə 10.745 milyon dollardan 11.482 milyon dollaradək artıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930