SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda enerji təchizatı 100%-ə çatdırılıb

Azərbaycanda enerji təchizatı 100%-ə çatdırılıb
22-10-2019, 18:41

Həyata keçirilmiş tədbirlər nəticəsində respublika üzrə elektrik enerjisi ilə, o cümlədən sayğaclarla təmin olunma 100% olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində göstərilib.

2018-ci ildə “Azərişıq” ASC tərəfindən istehlakçılara 16 954 mln kVt/s elektrik enerjisi satılıb ki, onun da 6 683 mln kVt/s (ümumi istehlakçıların 39,4%-ni təşkil edib) əhali qrupuna aiddir.

Büdcə zərfinə görə, 2019-cu ilin birinci yarısında 8 559,8 mln kVt/s elektrik enerjisi satılıb ki, onun da 3 478,7 mln kVt/s-ı (40,6%) əhali qrupunun payına düşür.

Həmçinin, elektrik enerjisi ilə təmin olunan abunəçilərin sayı 2017-ci illə müqayisədə 59 308 vahid artaraq 2018-ci ilin sonuna 2 613 813 vahid, bu il iyulun 1-nə isə 2 645 072 vahid təşkil edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930