SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycandan xaricə gedən turistlərin sayı 18% artıb

Azərbaycandan xaricə gedən turistlərin sayı 18% artıb
21-10-2019, 15:00

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9% artaraq 4 201,5 min nəfər olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 36,3%-i İrana, 29%-i Gürcüstana, 17,5%-i Rusiya Federasiyasına, 11,8%-i Türkiyəyə, 5,4%-i isə digər ölkələrə gedib. Gedənlərin 63,8%-ni kişilər, 36,2%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiya Federasiyasına gedənlərin sayı 6,5%, Türkiyəyə gedənlərin sayı isə 4,7% artıb.

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,1%-i dəmir yolu və avtomobil, 17,2%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031