SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıdan Avropaya ilk konteyner qatarı yola salınacaq

Bakıdan Avropaya ilk konteyner qatarı yola salınacaq
21-10-2019, 14:40

Çinin Xi’an şəhərindən Çex Respublikası paytaxtı Praqaya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TİTR) vasitəsilə 42 konteyner daşıyacaq qatar Bakı – Tbilisi – Qars yolu ilə, daha sonra da Bosfor (İstanbul) boğazı altından keçən “Marmaray” xətti vasitəsilə Avropaya gedəcək ilk yük qatarı olacaq.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 5-də İstanbulda qarşılanma mərasimi keçiriləcək qatar “China Railway Express”ə məxsusdur.

Operatoru "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" Assosiasiyası olan marşrut TİTR-in üzvü olan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçir.

Qeyd edək ki, aprel ayında Pekində keçirilən “Bir kəmər, bir yol” (“Belt and Road”) Beynəlxalq İqtisadi forumu zamanı TİTR Assosiasiyasına daxil olan “ADY Container LLC” ilə Çinin “Xi”an Continental Bridge International Logistics” şirkəti arasında imzalanan müqaviləyə əsasən, tərəflər cari ilin sonunadək 30 konteyner qatarı yola salmağı öhdəliklərinə götürüblər. Bu qatarların 20-si artıq göndərilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930