SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb
18-10-2019, 11:31

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 28 216,2 min ton həcmində xam neft hasil edilib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 28 147,4 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin doqquz ayında neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 2,7%, əmtəəlik xam neftin həcmi isə 2,8% az olub.

Hesabat dövründə ölkədə 25 981,7 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 16,8% çoxdur.

Hasil edilən təbii qazın 17 892,6 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin doqquz ayında əmtəəlik təbii qazın həcmində 29,3% artım qeydə alınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930