SON DƏQİQƏ

naxcivanxeberleri.com

OCAR-AQŞ Türkiyədə qazma aparacaq

OCAR-AQŞ Türkiyədə qazma aparacaq
18-10-2019, 10:20

Oktyabrın 17-də İstanbulda SOCAR AQŞ və "China CAMC Engineering Co. Ltd. - IC İçtaş Construction Industries&Trade Inc." şirkəti arasında ‘’Duz Gölü" yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi üzrə qazma müqaviləsi imzalanıb.

NAXCİVANXEBERLERİ.COM-un Türkiyə bürosu xəbər verir ki, inteqrə olunmuş qazma xidmətləri müqaviləsi Türkiyədəki "Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi məqsədilə 40 quyunun qazılmasını nəzərdə tutur.

Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyənin Aksaray vilayətinin Duz Gölü bölgəsində 40 quyu qazaraq sifarişçiyə təhvil verəcək. Müqavilənin dəyəri, təxminən, 100 milyon ABŞ dolları civarındadır.

“China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsinin baş direktoru Murat Mehmet Kurtuluş bildirib ki, bugünkü imzalama mərasimi iki şirkət və nəticə etibarilə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə yeni təkan verir: "Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi" layihəsi Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi üçün vacibdir və SOCAR AQŞ bu missiyanın uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930