SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb

Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb
17-10-2019, 18:10

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 112 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycana idxal edilən elektromobillərin sayı 38 ədəd olub ki, bu da bir ildə 74 ədəd və ya 2,95 dəfə artıma bərabərdir.

Ümumilikdə, 2018-ci il ərzində ölkəyə 66 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.

Qeyd edək ki, 2019-cu ildən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, ƏDV-nin differensiallaşması ilə bağlı elektriklə işləyən avtomobillər ƏDV-dən azad olunub. Belə ki, bu ildən etibarən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində gömrük rüsumu ödəmək lazımdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031