SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyəti yenidən formalaşdırılıb

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyəti yenidən formalaşdırılıb
17-10-2019, 16:09

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin (İH) 3 üzvü vəzifəsini tərk edib.

NAXCİVANXEBERLERİ.COM quruma istinadən xəbər verir ki, bunlar “Rabitəbank” ASC-nin İH-nin sədri Elçin Qədimov, “Turan Bank” ASC-nin İH-nin sədri Fəzail Musayev və “Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktor müavini Züleyxa Rəsulovadır.

Onları “Viator Mikrokredit Azərbaycan” MMC BOKT-un direktoru Aynur Əliyeva, “Avrasiya-Kredit” MMC BOKT-un baş icraçı direktoru Xaliq Qasımov və “FİNKA Azərbaycan” MMC BOKT-un əməliyyat rəhbəri Lütfəli Zeynallı əvəz edib.

AMFA-nın İH-nin digər 4 üzvü isə əvvəlki qaydada “İnkişaf üçün maliyyə” MMC BOKT-un direktoru Cəlal Əliyev, “Aqrarkredit” QSC BOKT-un İH-nin üzvü Süleyman Kələşov, “TBC Kredit” MMC BOKT-un direktoru Spartak Tetraşvili və “Access Bank” QSC-nin baş direktoru Elşən Pirmaliyevdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930