SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu universitetdə maaşlar 25 faiz artırılıb

Bu universitetdə maaşlar 25 faiz artırılıb
17-10-2019, 15:52

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimlərinin əmək haqları orta hesabla 25 faiz, işçilərin maaşı isə 20 faiz artırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, universitetdən verilən məlumata görə, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb.

Məlumat üçün qeyd edək ki, AzMİU-da əməkhaqlarının artırılması dövlət sifarişi əsasında oxuyan tələbələrin təhsil xərclərinin miqdarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılması ilə bağlıdır.

Ölkə prezidentinin apardığı sosial islahatların tərkib hissəsi kimi bu addım da təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına hesablanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930