SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır

AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16-10-2019, 16:40

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla bağlı məsələ Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan son illər dünyada mövqeyini daha da möhkəmləndirməkdə, nüfuzlu beynəlxalq qurumlar və dövlətlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdədir.

O qeyd edib ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən biri tarixi İpək Yolunun bərpası layihəsidir:

"Azərbaycan İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlıdır. Hazırda İpək Yolunun bərpası layihəsi ilə bağlı beynəlxalq səviyyədə yaranan yeni reallıqlar və çağırışlar və yeni kompleks tədqiqatların reallaşdırılması zərurəti meydana çıxarıb".

Qeyd olunanlar nəzərə alınaraq AMEA-nın Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb, bu istiqamətdə bir sıra tapşırıqlar verilib.

Bundan başqa, Mərkəzin Məsləhət Şurasının yaradılması, əsasnaməsinin hazırlanaraq AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi və digər məsələlər qərara alınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930