SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda bu il 183 min tondan artıq pambıq təhvil verilib

Azərbaycanda bu il 183 min tondan artıq pambıq təhvil verilib
16-10-2019, 16:00

Bu günə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 183 min tondan çox məhsul təhvil verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,3% çoxdur.

Keçən il oktyabrın 16-dək 126 min ton pambıq tədarük olunmuşdu.

Qeyd edək ki, bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Sahələrdən məhsulun 90%-nin kombaynlar vasitəsilə yığımı nəzərdə tutulur. Kombaynlarla kütləvi pambıq yığımına sentyabrın 24-də start verilib. “Aqrolizinq” ASC-nin yerli bölmələrində 34 ehtiyat kombayn var, zərurət yaranacağı təqdirdə bu kombaynlar da yığım prosesinə cəlb olunacaq.

Bu il Azərbaycanda 100 111 hektar ərazidə pambıq əkilib. Saatlı (13 741 hektar), Ağcabədi (10 452 hektar), Biləsuvar (10 257 hektar), Bərdə (10 140 hektar), Beyləqan (9 706 hektar), Sabirabad (8 630 hektar) və İmişli (7 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.Azərbaycanda bu il 183 min tondan artıq pambıq təhvil verilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930