SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb
16-10-2019, 15:39

Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,0% artaraq 27,6 milyard manat olub.

NAXCİVANXEBERLERİ.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 13947,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13630,3 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6% və 3,3% artıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,7% içkilər və tütün məmulatlarının, 18,1% toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2% elektrik malları və mebellərin, 5,5% avtomobil yanacağının, 1,3% əczaçılıq və tibbi malların, 0,8% kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5% isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,9% ticarət müəssisələri, 49,7% fərdi sahibkarlar tərəfindən, 29,4% isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9%, fərdi sahibkarlar üzrə 0,6% artıb, bazar və yarmarkalarda isə 6,3% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930