SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın sənaye zonalarına investisiya qoyuluşu 3,4 milyard dollara çatıb

Azərbaycanın sənaye zonalarına investisiya qoyuluşu 3,4 milyard dollara çatıb
10-10-2019, 14:00

“Hazırda Azərbaycanın sənaye zonalarında 82 rezident fəaliyyət göstərir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən, iki ölkə arasında eyni standartların tətbiqi ilə bağlı tədbirdə azərbaycanlı nazir müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, indiyə qədər bu rezidentlər ölkə iqtisadiyyatına 3,4 milyard ABŞ dolları investisiya yatırıb, 11 min yeni iş yeri yaradıb.

Bundan başqa, nazir müavini deyib ki, indiyə qədər Azərbaycanda 346 sahibkarlıq subyektinə 407 investisiya təşviqi sənədi verilib: “Bununla da yerli istehsala 3,9 mlrd manat investisiya yatırılması və 27 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Artıq investisiya dəyəri 2,5 mlrd manatdan çox olan 245 müəssisə fəaliyyət göstərir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031