SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 12%-dək artıb

Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 12%-dək artıb
9-10-2019, 14:36

Azərbaycan Turzim Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 14 turizm şirkəti Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart” sərgisində iştirak edib.

NAXCİVANXEBERLERİ.COM bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və s. barədə ətraflı məlumatlar verilib. Onlara Azərbaycanın təhlükəsiz yer olması, viza qaydalarının asanlığı, hava şəraitinin əlverişliliyi, qida çeşidlərinin bolluğu, həmçinin xalqlar arasında yaxın dostluq əlaqələrinin mövcudluğu kimi səbəblərə görə Pakistan vətəndaşları üçün uyğun destinasiya sayıldığı bildirilib.

Sərgi çərçivəsində Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib, ikitərəfli əməkdaşlığa dair qarşılıqlı fikir mübadələsi aparılıb. Oktyabrın 10-dək davam edəcək “Pakistan Travel Mart” Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səyahət və turizm sərgisidir.

2017-ci ildən etibarən hər il keçirilən sərgiyə dünyanın 20-yə yaxın ölkəsindən 450-dən çox turizm şirkəti qatılır və sərgini ümumilikdə 25 000-dən çox şəxs ziyarət edir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 33 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 11,8% artım deməkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031