SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünya Bankı: Dünya iqtisadiyyatının artımı 2021-ci ilə qədər sabitləşəcək

Dünya Bankı: Dünya iqtisadiyyatının artımı 2021-ci ilə qədər sabitləşəcək
9-10-2019, 12:10

Dünya Bankı 2019-cu il üçün dünya iqtisadiyyatının artımına dair proqnozunu 2,6%-dən 2,5%-ə endirib.

NAXCİVANXEBERLERİ.COM-un bankın məlumatına istinadən verdiyi xəbərə görə, 2019-cu ildə qlobal iqtisadi artımın zəifləməsi qeyri-müəyyən iqtisadi siyasət və qlobal investisiya və ticarət axınının azalması fonunda davam edib.

2019-cu ilin iyununda qlobal iqtisadi artımın bu il 2,6% - 2016-cı ildən bəri ən aşağı səviyyədə olacağını proqnozlaşdıran Dünya Bankı bir sıra risklərin ortaya çıxması, o cümlədən ən böyük iqtisadiyyatlar arasında ticarətdə gərginliyin yenidən başlaması ilə əlaqədar proqnozu bir qədər də aşağı salıb.

2020-ci ildə artımın 2,5% olacağı proqnozlaşdırılır və bu, iyun ayında dərc edilən proqnozdan 0,2 faiz bəndi azdır.

Dünya Bankının iqtisadçılarının fikrincə, iqtisadiyyatda heç bir böyük şok olmayacağı təqdirdə, habelə əvvəllər maliyyə bazarlarının təzyiqinə məruz qalan inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatların bərpası halında artım 2021-ci ilədək sabitləşəcək və 2,6%-ə çatacaq (daha əvvəl 2,8% olacağı gözlənilirdi).

"2019-cu ildə Avropa və Mərkəzi Asiyanın bazarları formalaşmaqda olan və iqtisadiyyatları inkişaf etməkdə olan ölkələrində artımın 1,8%-dək yavaşlayaraq (2018-ci ildə 3,2% olub) son dörd ildə ən aşağı səviyyəyə çatacağı gözlənilir. Eyni zamanda, 2020-2021-ci illərdə Türkiyə iqtisadiyyatının bərpası və Rusiyadakı vəziyyətin yaxşılaşması ilə artım tempinin yüksələcəyi proqnozlaşdırılır", - iqtisadçılar əlavə ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031