SON DƏQİQƏ

naxcivanxeberleri.com

“ASAN Xidmət” mərkəzləri indiyə qədər dövlət büdcəsinə 135 milyon manat vəsait ödəyib

“ASAN Xidmət” mərkəzləri indiyə qədər dövlət büdcəsinə 135 milyon manat vəsait ödəyib
9-10-2019, 13:19

Bu günə qədər “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.

“Aparılan işlər bu xidmətlərin yaxın gələcəkdə oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçidini təmin etməyə yönəlib. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılması məqsədilə elektron hökumət infrastrukturu yenilənib, bu ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti əsaslı “myGov” platforması istifadəyə verilib”, - deyə o, qeyd edib.

Ü.Mehdiyev həmçinin əlavə edib ki, rəhbərlik etdiyi qurum rəqəmsal həllərin hazırlanması, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işləri davam etdirir.

Bundan başqa, onun sözlərinə görə, fəaliyyət göstərdiyi 7 il ərzində “ASAN Xidmət” mərkəzlərinin saxlanılmasına dövlət büdcəsindən 132 milyon manat ayrılıb, mərkəzlər isə büdcəyə 135 milyon manat vəsait ödəyib”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031