SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikaya cari ildə müxtəlif təyinatlı 309 kənd təsərrüfatı texnikası gətirilib

Muxtar respublikaya cari ildə müxtəlif təyinatlı 309 kənd təsərrüfatı texnikası gətirilib
3-10-2019, 20:15

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılması, məhsuldarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə istehsalçıların müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309 ədədi 2019-cu ilin yanvar-avqust aylarında olmaqla, ümumilikdə, 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 196 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031