SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılıb

Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılıb
30-09-2019, 17:19

Milli Məclisin bu gün keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, iclasda bildirilib ki, rüsumun artırılması üçün "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilir. Hazırda bu rüsum 20 manatdır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031