SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstanda azərbaycanlılar yaşayan kəndə SOCAR-ın təşəbbüsü və sərmayəsi ilə qazpaylayıcı xətt çəkilib

Gürcüstanda azərbaycanlılar yaşayan kəndə SOCAR-ın təşəbbüsü və sərmayəsi ilə qazpaylayıcı xətt çəkilib
27-09-2019, 13:30

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Prezidentinin Kvemo-Kartli (Borçalı) vilyətində səlahiyyətli nümayəndəsi Şota Rexviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərliyi, həmçinin regiondan seçilmiş deputatların iştirakı ilə Marneuli bələdiyyəsinin Xancığazlı kəndində tikintisi bu yaxınlarda başa çatdırılmış qazpaylayıcı xəttin təntənəli açılış mərasimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilir ki, Xancığazlıdakı qazpaylayıcı şəbəkənin tikintisi “SOCAR Georgia Gas” şirkətinin təşəbbüsü və sifarişi ilə həyata keçirilib və Gürcüstanın müvafiq səlahiyyətli qurumu ilə razılaşdırılıb. Boru kəmərinin uzunluğu 7400 metrdir. Görülmüş qazlaşdırma tədbirləri nəticəsində Xancığazlı kəndində yaşayan 127 ailə təbii qazdan istifadə imkanı əldə edib. 86 ailənin evi artıq qazlaşdırılmışdır. Hazırda Kvemo Kartli regionunda 117 mindən çox ailə təbii qaz istifadəçisidir.

Həmin gün Kaspi bələdiyyəsinin Niqoza kəndində də yeni qazpaylayıcı boru kəmərinin açılışı olub. Mərasimdə R. Abdullayev, Gürcüstan Qaz Nəqliyyat Şirkətinin baş direktoru Caba Xmaladze, Şida Kartli vilayətinin qubernatoru Giorgi Xocevanişvili, Kaspi bələdiyyəsinin rəhbəri Manuçar Merebaşvili, ”SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərliyi iştirak ediblər.

Məlumat verilib ki, Niqoza kəndindəki qazpaylayıcı xətt Gürcüstan Qaz Nəqliyyat Şirkətinin sifarişi ilə tikilmişdir. Uzunluğu 3 min metrdən artıq olan şəbəkənin istismarı “SOCAR Georgia Gas” tərəfindən həyata keçiriləcək. Görülən işlər nəticəsində Niqoza kəndində 90 ailə təbii qazla təmin olunmuşdur. Hazırda Şida Kartli regionunda 89 300 ailə təbii qazdan istifadə edir.

2009-cu ildən etibarən “SOCAR Georgia Gas” şirkəti ümumilikdə, 11 500 kilometrə yaxın qazpaylayıcı xəttin çəkilişini həyata keçirib ki, bu da 305 mindən artıq potensial abonentə şəbəkəyə qoşulma imkanı vermişdir. Dövlət proqramı əsasında həyata keçirilən qazlaşdırma layihəsi Gürcüstan Qaz Nəqliyyat Şirkətinin müəyyən etdiyi bölgələrdə və qurumun sifarişi əsasında həyata keçirilir. Bununla yanaşı, SOCAR da, əlavə olaraq, öz investisiya proqramı çərçivəsində 700-dən çox yaşayış məntəqəsində, o cümlədən etnik azərbaycanlıların sıx yaşadığı ərazilərdə qazpaylayıcı şəbəkəni genişləndirir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031